The Constitution of the Republic of Azerbaijan, Article 35/VI - Everyone has right to work in safe and healthy workplace. Welcome to the first health, safety, environment education platform of Azerbaijan.

Saxta balın fəsadları – Harms of fake honey

Saxta balın fəsadları – Harms of fake honey
6
Bal – 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qida məhsuludur. Balın rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20% su, 80%-dən çox karbohidrat, 0.4% zülal, 0.3% kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə də zəngindir. Bal dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində və müalicə məqsədilə istifadə olunur. Balın sağlamlığa olan faydaları saymaqla bitməz. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliyin qarşısını alır.

Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) balda uzun müddət yaşaya bilərlər.

Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinlər süni balda yoxdur. Təbii Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran) yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış süni balın dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda təbii baldan istifadə olunur

Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin süni bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar törədə bilər.

Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir, bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və daha çox fəaliyyət göstərməsinə gətirib çıxarır. Əgər insan aktiv həyat tərzi keçirmirsə və normadan artıq şəkər qəbul edərsə, aşağıdakı bir çox xəstəliklərə səbəb ola bilər:
Xərçəng hüceyrələrinin yaranması,
Qaraciyər piylənməsi,
Depressiya və psixi pozğunluqlar,
Diabet xəstəliyi,
Normadan artıq çəki,
Damar tıxanıqlığı,
Uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması,
Uşaqlarda diqqət dağınıqlığı,
Dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları,
Orqanizmin immun sisteminin zəifləməsi

Bütün bunları nəzərə alaraq istehlakçılar yalnız təbii baldan istifadə etməlidir. Lakin, saxta balı təbii baldan qoxusuna, rənginə və dadına baxaraq istehlakçıların ayırd edə bilməsi mümkün deyil. Bunu ancaq laborator müayinələr nəticəsində mütəxəssislər ayırd edə bilər.

Mənbə: Az.Res. Qida Təhlükəsizliyi Agentliyi (modern.az-ın birgə layihəsi)

About this topic

  • Category: Topic
  • Updated: 05.12.2025 01:35

Related Topics

Çimərlikdə təhlükəsizlik qaydaları – Safety at beach
Topic

Çimərlikdə təhlükəsizlik qaydaları – Safety at beach

Çimərlikdə təhlükəsizlik qaydalarıÇimərlikdə qadağandır:– Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!– Çimmə zonas...

Velosipedin təhlükəsiz idarəedilməsi – Cycling safety
Topic

Velosipedin təhlükəsiz idarəedilməsi – Cycling safety

Velosipedi idarəedən zaman bəzi təhlükəsizlik qaydaları vardır ki, onlara əməl etmək lazımdır. Əks təqdirdə, həyatınız v...

Nəqliyyat təhlükəsizliyi – Transport safety
Topic

Nəqliyyat təhlükəsizliyi – Transport safety

İş yerində nəqliyyatın hərəkəti təhükədir:• Piyadalar üçün• Sürücü üçün• Digər nəqliyyat vasitələri üçünYol nəqliyyat qə...

Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?
Topic

Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə AZƏRTAC-ın birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam...

«Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə qanun
Topic

«Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə qanun

«Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədəAzərbaycan Res...

14 aprel – Dünya Delfinlər Günü
Topic

14 aprel – Dünya Delfinlər Günü

Delfinlər dişli balinalar qrupundan məməli heyvanlardır.Bütün məməlilər kimi istiqanlıdırlar.Havanın oksigeni ilə tənəff...