The Constitution of the Republic of Azerbaijan, Article 35/VI - Everyone has right to work in safe and healthy workplace. Welcome to the first health, safety, environment education platform of Azerbaijan.

Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?

Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?
8
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə AZƏRTAC-ın birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?” mövzusunda olacaq.

Çörək qida rasionumuzda əsas yer tutan qida məhsuludur. Odur ki, bu məhsulun istehsalı və saxlanma qaydaları ilə bağlı bəzi məqamalara diqqət yetirmək vacibdir. Digər qida məhsullarında olduğu kimi, temperatur, nəmlilik, mikroorqanizmlər, mal qonşuluğu prinsipinin pozulması çörəyin də keyfiyyətinə mənfi təsir göstərir. Təkcə ərzaq mağazalarında deyil, müxtəlif iaşə obyektlərində – restoran və kafelərdə mal qonşuluğunun pozulması, sanitar-gigiyenik norma və qaydalara əməl edilməməsi çörəyin tərkibinə təsirsiz ötüşmür. İstehsalla yanaşı, məhsulun daşınması zamanı da sanitar qaydalara riayət olunmalıdır. Məsələn, çörək kəskin qoxulu məhsullarla birgə daşınmamalı, çiy məhsullarla təmasda olmamalı, təmiz şəraitdə saxlanılmalıdır və sair.

Əsasən buğda və çovdar unundan hazırlanan çörəyin dünyada xeyli sayda növü var. Bu un məmulatı xəmirin hazırlanması və formasına görə də müxtəlif növlərə bölünür.

Azərbaycanda və dünyanın əksər ölkələrində ən çox yayılan birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərdir. Bu qida məhsulunun keyfiyyətinə gəlincə, onun içi tam bişməli və xəmir halında olmamılıdır. Əgər üzərinə barmaqla basdıqda nəm və ələ yapışqanlıq hiss edilirsə, demək məhsulun keyfiyyətində problem var. Çörəyin üzərinə yüngül toxunub buraxdıqda o öz əvvəlki formasına qayıtmalı, yumşaq olmalı və öz-özünə ovxalanmamalıdır.

Gün ərzində yeyiləcək çörəyin təzə qalması üçün qapaqlı qabda, sərin, qaranlıq və quru şəraitdə saxlanılmalıdır. İstər satış şəbəkələrində, istərsə də evdə çörəyin saxlanıldığı yer daim təmiz olmalıdır. Əks halda nəmlik çörəyin kiflənməsinə səbəb ola bilər. Çörək sellofan torbada saxlanılırsa və buxarlanmadan qaynaqlanan damcılar yaranırsa, mütləq oradan çıxarılmalıdır.

Bu qida məhsulu yalnız normativ-texniki sənədlərdə öz əksini tapan müddətədək satışa çıxarıla bilər. Buğda unundan hazırlanan çörəyin istifadə müddəti 24, çovdar unundan hazırlananların yarararlıq müddəti isə 36 saatdan çoх olmamalıdır. Çörəyin istifadə müddəti sobadan çıxarıldığı vaxtdan etibarən hesablanır.

Ticarət şəbəkələri və evlərdə rütubətli yerlərdə, kəskin iyli məhsullarla birgə saxlanılmamalıdır. Buna misal olaraq ətriyyatları, balıq və balıq məhsullarını, tütün məmulatlarını, sabunu qeyd etmək olar. Mütəxəssislər bildirir ki, çörək çox saxlanıldıqda tərkibində mikroorqanizmlərin inkişafı başlayır. Bakteriyalar vasitəsilə çörəkdə kartof xəstəliyi və kartof çöpləri yaranır. Belə olduqda həmin çörəklər yararsız hesab olunur və ondan istifadə etmək olmaz. Ticarət şəbəkələrində çörək havalandırma sistemi olan otaqlarda, təmiz, quru yerdə 20-25 dərəcədən yuxarı olmayan temperaturda saxlanılmalıdır. İstifadə müddəti bitdikdə, saxlama qaydalarına əməl olunmadıqda çörəkdə çəhrayı, qara, yaşıl, ağ və boz kif göbələkləri əmələ gəlir. Hansı ki, bu da insan orqanizmi üçün çox təhlükəlidir.

Mənbə: Qida Təhlükəsizliyi Agentliyi


About this topic

  • Category: Topic
  • Updated: 05.12.2025 01:35

Related Topics

Çimərlikdə təhlükəsizlik qaydaları – Safety at beach
Topic

Çimərlikdə təhlükəsizlik qaydaları – Safety at beach

Çimərlikdə təhlükəsizlik qaydalarıÇimərlikdə qadağandır:– Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!– Çimmə zonas...

Velosipedin təhlükəsiz idarəedilməsi – Cycling safety
Topic

Velosipedin təhlükəsiz idarəedilməsi – Cycling safety

Velosipedi idarəedən zaman bəzi təhlükəsizlik qaydaları vardır ki, onlara əməl etmək lazımdır. Əks təqdirdə, həyatınız v...

Nəqliyyat təhlükəsizliyi – Transport safety
Topic

Nəqliyyat təhlükəsizliyi – Transport safety

İş yerində nəqliyyatın hərəkəti təhükədir:• Piyadalar üçün• Sürücü üçün• Digər nəqliyyat vasitələri üçünYol nəqliyyat qə...

Saxta balın fəsadları – Harms of fake honey
Topic

Saxta balın fəsadları – Harms of fake honey

Bal – 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xüsusiyyətləri öz...

«Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə qanun
Topic

«Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə qanun

«Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədəAzərbaycan Res...

14 aprel – Dünya Delfinlər Günü
Topic

14 aprel – Dünya Delfinlər Günü

Delfinlər dişli balinalar qrupundan məməli heyvanlardır.Bütün məməlilər kimi istiqanlıdırlar.Havanın oksigeni ilə tənəff...