2 IOSH Working safely
General

IOSH Working safely

Trainer: Instructor

Last Update: 05 Dec, 2025

Description

IOSH Working Safely kursuna qeydiyyat başladı!

“HSE.AZ” MMC Sizlərə “Peşə Sağlamlığı və Təhlükəsizliyi İnstitutu’nun (IOSH) “Təhlükəsiz iş” kursunu təqdim edir.

 

Hər bir işçinin təhlükəsiz işləməklə bağlı məsuliyyəti var!

 

Hər bir işçi sağlam və təhlükəsiz iş mühitinə layiqdir!

 

Ötən il bütün Dünya üzrə “Təhlükəsiz iş” kursunda 35.000-dən çox insan iştirak etmişdir.

“Təhlükəsiz iş” kursu 1 günlük kurs olmaqla istənilən sektorda çalışan bütün səviyyədən olan işçilər üçün nəzərdə tutulub ki, bu da şirkətin performansının və işçi heyətinin motivasiyasının artmasına şərait yarada bilər. Necə? Sadə şəkildə, gündəlik davranışlarla hər kəsə öz sağlamlıq və təhlükəsizlik mədəniyyətini necə inkişaf etdirməyi və necə təhlükəsiz işləməyi göstərməklə… Bu, sağlamlıq və təhlükəsizlik təlimlərinə başqa bir yanaşmadır: yüksək təsiredici formada hazırlanmış kurs proqramı əyləncəli və interaktivdir. Jarqondan uzaq, ruhlandırıcı öyrənməni təşviq edən “Təhlükəsiz iş “ kursu əyləncəli, stimullaşdırıcı və effektivdir.

Kursun modulları

İOSH Təhlükəsiz iş kursu 4 moduldan ibarətdir:

1. Təhlükəsiz iş anlayışına giriş
2. Təhlükə və risklərin müəyyən edilməsi
3. Ümumi təhlükələrin müəyyən edilməsi
4. Təhlükəsizlik performansının inkişaf etdirilməsi

Öyrənmənin nəticələri

Tələbələr bacaracaqlar:
• Təhlükəsiz işləməyin niyə vacib olduğunun müəyyən edilməsi
• İş yerində hərkəsin sağlamlıq və təhlükəsizliyə olan məsuliyyətlərinin müəyyən edilməsi
• Sağlamlıq və təhlükəsizlikdə əsas terminlərin müəyyən edilməsi
• İş yerində təhlükə və rsiklərin, onların təsirlərinin və onlara necə nəzarət edilməsinin müəyyən edilməsi
• İş yerində sağlamlıq və təhlükəsizliyin inkişaf etdirilməsi yollarının müəyyən edilməsi.

Qiymətləndirmə

İOSH Təhlükəsiz iş kursu 2 mərhələli imtahan əsasında qiymətləndirilir:
1. Test üsullu suallar ilə
2. Təhlükələrin müəyyən olunması tapşırığı ilə

Niyə görə bu kurs sizə daha uyğundur?

• Kurs bütün Dünya üzrə, istənilən sektorda çalışan, istənilən işçi üçün hazırlanmışdır.
• Təhlükəsiz işləmək üçün tələb olunan bilikləri təmin edir.
• Motivasiyaedici formada hazırlanmış kurs material təqdim edir.
• Hər bir şirkətə uyğunlaşdırıla bilinəndir.
• Beynəlxalq səviyyədə tanınan kurs və sertifikasiya
• Bir proqram daxilində sağlamlıq, təhlükəsizlik, ətraf mühit məsələlərinin əsaslarını səmərəli və effektiv öyrənməyə imkan yaradır.

İOSH “Təhlükəsiz iş” kursu təsdiq olunmuş kurs provayder – HSE.AZ MMC tərəfindən həyata keçirilir.

Şirkətlər üçün korporativ təkliflərimiz mövcuddur!

Kursun qiyməti: 160 azn

Courses you may like

8 Safety leadership
General

Safety leadership

HSE.AZ sizə yeni kursunu təqdim edir.Təhlükəsizlik hər bir iş yeri üçün önəmlidir. Təhlükəsizliyin təmin olunması üçün şirkətlər müəyyən mal...

6 Office safety
General

Office safety

Bəzən təhlükə və təhlükəsizlik dedikdə əsasən iş sahəsindəki maşın-mexanizmlərə, yükqaldırma kran əməliyyatlarına, qapalı sahədə işlərə, ele...

4 NEBOSH IGC – International
General

NEBOSH IGC – International

The NEBOSH International General Certificate in Occupational Safety and Health qualification is now available to you at HSE.AZ in e-learning...

Additional information
“HSE.AZ” MMC Sizlərə “Peşə Sağlamlığı və Təhlükəsizliyi İnstitutu’nun (IOSH) “Təhlükəsiz iş” kursunu təqdim edir.
Educve | Online Education Platform
The Constitution of the Republic of Azerbaijan, Article 35/VI - Everyone has right to work in safe and healthy workplace. Welcome to the first health, safety, environment education platform of Azerbaijan.